Çempionlar Liqası: “Qarabağ” “Benfika”dan 3 xal aldı!

“Qarabağ” Lissabonda möhtəşəm dönüş edərək tarix yazdı və Çempionlar Liqasının əsas mərhələsində ilk oyunda qalib gəldi.
90plus.az xəbər verir ki, 8 ildən sonra Avropanın ən nüfuzlu turnirinə vəsiqə qazanan Qurban Qurbanovun komandası oyunun ilk 16 dəqiqəsində Enzo Barreneçea və Vangelis Pavlidisin qolları ilə 0:2 geriyə düşmüşdü.
Azərbaycan çempionu 30-cu dəqiqədə Leandro Andradeyə məxsus dəqiq zərbə ilə fərqi azaltdı. Ardınca Kadi Borqes şansını sınasa da, top dirəyə dəydi.
İkinci hissənin əvvəlindən cəmi üç dəqiqə sonra “Qarabağ” hesabı bərabərləşdirdi. Marko Yankoviçin müdafiəni yarıb keçən ötürməsini Kamilo Duran Çempionlar Liqasındakı debütündə qola çevirdi.
Tarixi qələbəni isə görüşün bitməsinə beş dəqiqə qalmış meydana daxil olan Aleksey Kaşuk gətirdi. O, qapıya arxası dönük vəziyyətdə topu qəbul edib möhtəşəm dönüş zərbəsi ilə hədəfi dəqiq nişan aldı:
Benfika 2-3 Qarabağ
Barrenechea 6'
Pavlidis 17'
Andrade 31'
Duran 49'
Kaşuk 86'
Qollar və epizodlar:
https://t.me/doxsanplus/107741
https://t.me/doxsanplus/107744
https://t.me/doxsanplus/107746
https://t.me/doxsanplus/107748
https://t.me/doxsanplus/107749
https://t.me/doxsanplus/107750
https://t.me/doxsanplus/107751
https://t.me/doxsanplus/107759
BBC yazır: "Final fitindən sonra “Qarabağ”ın futbolçuları və məşqçiləri diz üstə çökərək sevinclərini yaşadılar. Bu qələbə turnir tarixində Azərbaycan futbolunun ən böyük uğurlarından biri kimi yadda qalacaq".
Xatırlatma: Ağdam komandası bundan əvvəlki mərhələni 2 heç-heçə və 4 məğlubiyyətlə başa vurmuşdu.
Qurban Qurbanovun yetirmələri növbəti turda Bakıda “Kopenhagen”i qəbul edəcək, “Benfika” isə səfərdə “Çelsi” ilə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved