Çempionlar Liqası: “Qarabağ” pley-off üçün yarışacaq

Bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyunları baş tutacaq.
90plus.az xəbər verir ki, Saat 20:00-da Azərbaycan çempionu “Qarabağ” Ağdamda Şimali Makedoniya təmsilçisi “Şkendiya”nı qəbul edəcək. İlk oyunda səfərdə 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası, üstünlüyünü qoruyarsa, pley-off mərhələsinə vəsiqə qazanacaq. “Qarabağ”ın növbəti raundda potensial rəqibləri “Ferentsvaroş” və “Ludoqorets” olacaq. Bu iki komanda Macarıstanda qarşılaşacaq.
Günün digər maraqlı oyunu saat 21:00-da Türkiyədə baş tutacaq. İstanbul nəhəngi “Fənərbağça” öz meydanında Niderlandın “Feyenoord” klubunu qəbul edəcək. İlk görüşdə “Feyenoord” 2:1 hesabı ilə qalib gəlib.
Digər qarşılaşmalar:
Saat 21:00 – “Kopenhagen (Danimarka) – Malmö” (İsveç), ilk oyun 0:0
Saat 21:00 – “Pafos (Kipr) – Dinamo” Kiyev (Ukrayna), ilk oyun 1:0
Saat 21:00 – “Viktoriya Plzen (Çexiya) – Reyncers” (Şotlandiya), ilk oyun 0:3
Saat 21:30 – “Brügge (Belçika) – Zalsburq” (Avstriya), ilk oyun 1:0
Saat 22:15 – “Ferentsvaroş (Macarıstan) – Ludoqorets” (Bolqarıstan), ilk oyun 0:0
Saat 22:15 – “Slovan (Slovakiya) – Kayrat” (Qazaxıstan), ilk oyun 0:1
Saat 23:00 – “Benfika (Portuqaliya) – Nitsa” (Fransa), ilk oyun 2:0
Saat 23:00 – “Srevna Zvezda (Serbiya) – Lex” (Polşa), ilk oyun 3:1
© Copyright 2025, All Rights Reserved