Çempionlar Liqası: “Real Madrid” Vinisiusla 1/8-də
Vinisius Junior “Benfika”nı məyus etdi – “Real Madrid” mərhələ adladı.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Real Madrid” doğma meydanda “Benfika” üzərində 2:1 hesablı qələbə qazanıb.
İki oyunun nəticəsinə əsasən (3:1) üstün olan Madrid təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.
Görüşə fəal başlayan qonaqlar hesabı 14-cü dəqiqədə R. Silvanın qolu ilə açıblar. Lakin “Real Madrid” cəmi iki dəqiqə sonra Orelyen Tçuameni ilə tarazlığı bərpa edib. Matçın taleyini isə 80-ci dəqiqədə Vinisius Junior həll edib. Braziliyalı hücumçu bu qarşılaşmada vurduğu qolla iki oyunda ümumilikdə iki dəfə fərqlənərək komandasının əsas qəhrəmanlarından olub:
Real Madrid 2 - 1 Benfika
Ümumi hesab: 3-1
R. Silva 14’
A. Tchoumeni 16’
V. Junior 80’
Qollar:
https://t.me/doxsanplus/114790
https://t.me/doxsanplus/114798
Beləliklə, Joze Mourinyonun rəhbərlik etdiyi “Benfika” turnirlə vidalaşıb. Portuqaliya klubunun macərası məhz Mourinyonun keçmiş komandası “Real Madrid”ə qarşı başa çatıb.
Madrid klubu növbəti mərhələdə ya “Sportinq”, ya da “Mançester Siti” ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved