Çempionlar Liqası: “Real” “Man Siti”ni yolladı
“Real Madrid” “Mançester Siti”ni yenə dayandırdı – Vinisiusdan dubl!
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Mançester Siti” doğma meydanda “Real Madrid”lə qarşılaşıb.
Hadisələrlə zəngin keçən oyunda Madrid təmsilçisi 2:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. İki oyunun cəminə görə isə “kral klubu” rəqibini 4:1 hesabı ilə üstələyib.
Görüşdə bir neçə qol ləğv olunub və qırmızı vərəqə göstərilib. 20-ci dəqiqədə Bernardo Silva meydandan qovularaq “Siti”ni azlıqda qoyub:
Man Siti 1 - 2 Real Madrid
(Ümumi hesab: 1-4)
V. Junior 22’ (p) 90+3’
E. Haaland 41’
Qollar:
https://t.me/doxsanplus/115441
https://t.me/doxsanplus/115444
Bu nəticə ilə “Real Madrid” son 5 mövsümdə artıq 4-cü dəfə “Mançester Siti”ni Çempionlar Liqasından kənarlaşdırıb.
Pep Qvardiola üçün isə uğursuz seriya davam edir – ispan mütəxəssis ardıcıl ikinci mövsüm bu turnirdə 1/4 final mərhələsində məğlub olub.
Digər maraqlı məqam Alvaro Arbeloa ilə bağlıdır. O, Çempionlar Liqası tarixində pley-off mərhələsində keçirdiyi ilk 4 oyunun hamısını qazanan ilk baş məşqçi kimi “Real Madrid” tarixinə düşüb.
Vinisius Junior isə əla formasını davam etdirir – braziliyalı futbolçu Çempionlar Liqasının əsas mərhələlərində cəmi 2 oyunda qollarda birbaşa iştirak etməyib, qalan bütün oyunlarda isə fərqlənməyi bacarıb.
© Copyright 2026, All Rights Reserved