Çempionlar Liqası: “Real”ın qəhrəmanı Vinisius oldu
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında “Real Madrid” səfərdə “Benfika” üzərində minimal hesablı qələbə qazandı – 1:0.
90plus.az xəbər verir ki, oyunun taleyini 50-ci dəqiqədə Vinisius Junior həll etdi. Braziliyalı ulduz cərimə meydanı kənarından baxımlı zərbə ilə topu tora göndərərək komandasına üstünlük qazandırdı. Bu qol matçın yeganə və həlledici epizodu oldu.
Qarşılaşma Vinisiusun qolundan sonra təxminən 10 dəqiqə dayandırıldı. Futbolçu hakimə irqçi təhqirə məruz qaldığını bildirdi və tribunalarla bağlı araşdırma aparıldı. Oyun daha sonra davam etdirildi.
Statistik baxımdan Vinisius Çempionlar Liqası tarixində ən çox qol vuran braziliyalılar siyahısında ikinci pilləyə yüksəlib:
“Real Madrid” turnirin 8-ci turunda “Benfika”ya məğlub olduqdan sonra bütün oyunlarını qazanmağı bacarıb və hazırda yüksək formada çıxış edir.
Matçın maraqlı anlarından birində Nikolas Otamendi dünya çempionluğu tatuunu Vinisiusa göstərdi. Braziliyalı futbolçu isə bu epizoda gülərək reaksiya verdi.
Görüşün sonunda qırmızı vərəqə alan Joze Mourinyo cavab qarşılaşmasında – “Santyaqo Bernabeu”da keçiriləcək oyunda komandasının yanında olmayacaq. Cavab matçı Madrid təmsilçisi üçün üstün start mövqeyi ilə başlayacaq:
Benfika 0 - 1 Real Madrid
V. Junior 50’
Qol: https://t.me/doxsanplus/114543
© Copyright 2026, All Rights Reserved