Çempionlar Liqası: “Traktor Təbriz” 10 nəfərlə 1 xal qazandı

10 nəfərlə qalan Təbrizin “Traktor” klunu Asiya Çempionlar Liqasının Elit mərhələsində “Rəşid” stadionunda “Şabab Əl-Əhli” ilə 1:1 hesablı heç-heçə ediblər.
90plus.az xəbər verir ki, “Traktor” 51-ci dəqiqədən azlıqda qalıb. VAR epizodu izlədikdən sonra Domagoj Drozdekin sarı vərəqəsi rəngini dəyişib və o, Səid Əzətollahini yerdə qoyduğu üçün qırmızı vərəqə ilə meydandan qovulub.
60-cı dəqiqədə Federeko Kartabiyanın uzaq məsafədən vurduğu zərbəni qapıçı Əli Biranvand möhtəşəm reaksiya ilə küncdən çıxarıb. Ancaq beş dəqiqə sonra Yuri Sezarın zərbəsini dəf etsə də, qapı önündə diqqətli olan Bala topu tora göndərərək hesabı bərabərləşdirib.
“Traktor”un futbolçusu Əmirhüseyn Hüseynzadə 85-ci dəqiqədə topu qapıdan keçirsə də, ofsayd qeydə alınıb və qarşılaşma heç-heçə başa çatıb.
© Copyright 2025, All Rights Reserved