Çempionlar Liqasında "Arsenal"dan tarixi nəticə

Avropa futbolunda yadda qalan bir hadisə baş verib.
90plus.az xəbər verir ki, bu, ötən gecə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Niderlandda keçirilən PSV - "Arsenal" qarşılaşmasında qeydə alınıb.
Belə ki, İngiltərə klubu 7:1 hesabı ilə qalib gələrək, turnir tarixində səfərdə ən çox qol vuran komanda olub. Maraqlıdır ki, bu oyunda "Arsenal" heyətində nə zədə, nə də cəza səbəbindən klassik hücumçu yer almayıb.
Çempionlar Liqasında bu günə qədər səfərdə bu qədər qol vuran yeganə komanda 2020-ci ilin 1/4 final mərhələsində "Barselona"ya 8:2 hesabı ilə qalib gələn "Bayern Münhen" olub. Lakin həmin qarşılaşmanın pandemiya səbəbindən Lissabonda neytral meydanda oynanıldığını nəzərə almaq lazımdır.
Qeyd: 1:7 hesablı məğlubiyyət PSV üçün tarixi bir antirekord olub. Bu, Eyndhoven təmsilçisinin avrokuboklarda evdə aldığı ən ağır məğlubiyyət hesab edilir. Eyni zamanda, PSV XXI əsrdə keçirilən heç bir turnirdə belə böyük fərqlə uduzmayıb.
© Copyright 2025, All Rights Reserved