Çempionlar Liqasında Desire Duedən tarixi performans

UEFA Çempionlar Liqasının 2024/25 mövsümünün finalında PSJ və “İnter” komandaları Almaniyada üz-üzə gəlir. Gərgin və yüksək tempdə keçən qarşılaşmanın ilk hissəsində Desire Due adından söz etdirməyi bacarıb.
90plus.az xəbər verir ki, 19 yaşlı fransalı futbolçu oyunun əvvəlində 1 qol və 1 assistlə yadda qalıb. 12-ci dəqiqədə Əşrəf Hakiminin vurduğu qolda məhsuldar ötürmə edən Due, 20-ci dəqiqədə isə sürətli əks-hücumun sonunda fərqlənərək hesabı artırıb.
Opta məlumatlarına əsasən, Desire Due Çempionlar Liqası finalında həm qol vuran, həm də assist edən ilk fransız futbolçu olub. Bundan əlavə, o, bu göstəriciləri ilə finalda həm qol, həm də ötürmə ilə fərqlənən ən gənc oyunçu kimi tarixə düşüb.
Bu mövsüm “Paris Sen-Jermen” forması ilə ümumilikdə 54 oyuna çıxan Due, 14 qol və 16 məhsuldar ötürmə ilə komandası üçün önəmli rol oynayıb.
© Copyright 2025, All Rights Reserved