Çempionlar Liqasında erkən final: püşk atıldı, bütün cütlüklər bəlli oldu
Avropa futbolunun ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasındə 2025/26 mövsümünün son 16 mərhələsinin püşkü atılıb.
90plus.az xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində, UEFA-nın baş qərargahında keçirilib. Püşk zamanı təkcə son 16 deyil, həm də növbəti mərhələlərin mümkün qarşılaşmaları müəyyənləşib.
Son 16 mərhələsinin ilk oyunları 10-11 mart, cavab görüşləri isə 17-18 mart tarixlərində keçiriləcək.
Növbəti mərhələlərin təqvimi:
1/4 final: 7/8 aprel – 14/15 aprel
1/2 final: 28/29 aprel – 5/6 may
Final: 30 may
“Yuventus”u mübarizədən kənarlaşdıraraq son 16-ya yüksələn “Qalatasaray” bu mərhələdə İngiltərə təmsilçisi “Liverpul”la qarşılaşacaq. İstanbul klubu liqa mərhələsində doğma meydanda rəqibini Viktor Osimhenin qolu ilə məğlub etməyi bacarmışdı.
Son 16 mərhələsinin ən diqqətçəkən cütlüyü isə “Real Madrid”lə “Mançester Siti” arasında olacaq. Bu iki nəhəng klub son illərdə ardıcıl olaraq pley-off mərhələlərində üz-üzə gəlir. Ötən mövsüm də tərəflər eyni mərhələdə qarşılaşmış və mərhələni keçən tərəf Madrid təmsilçisi olmuşdu.
“Qalatasaray” – “Liverpul”
PSJ – “Çelsi”
“Real Madrid” – “Mançester Siti”
“Atalanta” – “Bayern Münhen”
“Nyukasl Yunayted” – “Barselona”
“Atletiko Madrid” – “Tottenhem”
“Bodo/Qlimt” – “Sportinq”
“Bayer Leverkuzen” – “Arsenal”
“Qalatasaray” – “Liverpul” / PSJ – “Çelsi”
“Real Madrid” – “Mançester Siti” / “Atalanta” – “Bayern Münhen”
“Nyukasl Yunayted” – “Barselona” / “Atletiko Madrid” – “Tottenhem”
“Bodo/Qlimt” – “Sportinq” / “Bayer Leverkuzen” – “Arsenal”
Beləliklə, Çempionlar Liqasında həlledici mərhələyə start verilir və azarkeşləri bir-birindən gərgin qarşılaşmalar gözləyir.