Çempionlar Liqasında köklü dəyişiklik ola bilər

2027-ci ildən Çempionlar Liqası yeni formatda keçirilə bilər.
90plus.az xəbər verir ki, UEFA-nın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında yaxın illərdə böyük dəyişiklik baş tuta bilər. İspaniyanın Mundo Deportivo nəşrinin məlumatına görə, “La Super League” təşkilatı UEFA-ya 2027-ci ildən etibarən turnirin yeni formatı ilə bağlı təklif təqdim edib.
Yeni konsepsiyaya əsasən, Çempionlar Liqası iki əsas qrupdan ibarət olacaq:
1️⃣ Qrup 1 – UEFA reytinqində ən yüksək pillədə qərarlaşan 18 klubdan ibarət olacaq.
Burada ilk 8 komanda birbaşa 1/8 final mərhələsinə yüksələcək. 9–18-ci yerləri tutan klublar isə “Qrup 2”dən gələn rəqiblərlə pley-off oyunlarına çıxacaq.
2️⃣ Qrup 2 – daha aşağı reytinqli 18 klubdan ibarət olacaq.
Bu qrupda yer alan komandalar yalnız pley-off mərhələsində “Qrup 1”in son pillələrindəki rəqibləri məğlub etsələr, növbəti mərhələyə adlaya biləcəklər.
Turnirin adı əvvəlki kimi — “Çempionlar Liqası” olaraq qalacaq.
📺 Yeni modelə görə, bütün oyunlar iki formada yayımlanacaq:
Bu layihə UEFA tərəfindən hələlik rəsmi şəkildə təsdiqlənməyib, lakin “La Super League”in bu ideyası Avropa futbolunda böyük maraq və müzakirə yaradıb.
© Copyright 2025, All Rights Reserved