Çempionlar Liqasında əlavə vəsiqə yarışı: İngiltərə demək olar ki, təmin etdi
UEFA-nın təşkil etdiyi Avropa klub turnirlərində Çempionlar Liqasının 1/8 final mərhələsinin həyəcanı başlayıb. Martın 11-də keçiriləcək oyunlarla bu mərhələnin ilk qarşılaşmaları tamamlanacaq. Avropa Liqası və Konfrans Liqasında isə 1/8 finalın ilk matçları martın 12-də baş tutacaq.
90plus.az xəbər verir ki, UEFA-nın yeni formatına əsasən, ölkələrin mövsüm ərzindəki çıxışına görə Çempionlar Liqasına əlavə komanda göndərmək hüququ verilir. Bir mövsüm ərzində UEFA reytinqində ən çox xal toplayan iki ölkə növbəti mövsümdə turnirdə əlavə klubla təmsil olunmaq imkanı əldə edir.
Cari mövsümdə bu hüquqlardan birinin demək olar ki, İngiltərəyə məxsus olacağı bildirilir. Digər vəsiqə uğrunda isə mübarizə davam edir.
Çempionlar Liqasında çıxış edən “Qalatasaray” 1/8 final mərhələsinin ilk oyununda “Liverpul”u qəbul edib və rəqibini 1:0 hesabı ilə məğlub edib.
Ötən mövsüm UEFA reytinqinə əsasən əlavə vəsiqələr İngiltərə və İspaniyaya verilmişdi. Nəticədə İngiltərədən “Nyukasl Yunayted”, İspaniyadan isə “Vilyarreal” Çempionlar Liqasında iştirak hüququ qazanmışdı.
Hazırkı mövsümdə isə Avropa kuboklarında toplanan xallara görə ölkələr arasında vəziyyət belədir:
İngiltərə — 22.402
İspaniya — 17.781
Almaniya — 17.587
İtaliya — 17.357
Portuqaliya — 16.600
Beləliklə, İngiltərə ilk pillədə böyük üstünlüyə malikdir və növbəti mövsüm üçün Çempionlar Liqasına əlavə komanda göndərmək hüququnu əldə etməyə ən yaxın ölkə hesab olunur.
© Copyright 2026, All Rights Reserved