Çempionlar Liqasında sensasiya: "Man Siti" Norveçdə uduzdu
“Bodo-Qlimt” “Man Siti”ni məğlub etdi, Rodri 62-ci dəqiqədə qırmızı kart aldı
90plus.az xəbər verir ki, 2025/2026 mövsümünün Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turunda “Bodo-Qlimt” ilə “Mançester Siti” üz-üzə gəlib. Oyun Norveçin Bodo şəhərindəki “Aspmyura” stadionunda keçirilib. Matçın baş hakimi Sven Yablonski olub.
Görüş 3:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
Matçın gedişi:
22-ci dəqiqədə hücumçu Kasper Hoq hesabı açıb.
24-cü dəqiqədə Hoq fərqlənərək dubla imza atıb.
58-ci dəqiqədə “Bodo-Qlimt”dən Yens Petter Hoqe nəticəni 3:0 edib.
60-cı dəqiqədə qonaqlardan Rayan Şerki fərqi endirib.
Matçda vurulan qollara bu cümləyə klik edərək keçid edə bilərsiniz
62-ci dəqiqədə “Man Siti”nin yarımmüdafiəçisi Rodri ikinci sarı vərəqəsini alaraq meydandan qovulub.
Yeddi turundan sonra “Bodo-Qlimt” 6 xalla 26-cı pillədə qərarlaşıb. “Man Siti” isə 13 xalla dördüncü sıradadır.
Bu mövsümün Çempionlar Liqasının finalı Macarıstanın Budapeşt şəhərindəki “Puškaş Arena” stadionunda 30 may 2026-cı il tarixində keçiriləcək.
© Copyright 2026, All Rights Reserved