Ceydon Sanço bunu bacaran 1-ci futbolçudur
Sanço tarix yazdı: üç fərqli Avropa turnirinin finalında ardıcıl üç mövsümdə!
90plus.az xəbər verir ki, İngiltərə millisinin üzvü Ceydon Sanço Avropa futbolu tarixində unikal nailiyyətə imza atıb.
Cinah oyunçusu ardıcıl üç mövsümdə üç fərqli Avropa klub turnirinin finalında meydana çıxan ilk futbolçu olub.
Sanço 2023/24 mövsümündə “Borussiya Dortmund” ilə UEFA Çempionlar Liqasının finalına yüksəlib. İngilis futbolçu 2024/25 mövsümündə isə “Çelsi”nin heyətində UEFA Konfrans Liqasının finalında iştirak edib.
26 yaşlı oyunçu 2025/26 mövsümündə də Avropa Liqasının finalına çıxaraq seriyasını davam etdirib. Ceydon Sanço bu dəfə “Aston Villa” forması ilə həlledici görüşdə meydana çıxıb.
“Aston Villa” İstanbulda keçirilən final qarşılaşmasında “Frayburq”u 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Bununla da Sanço ardıcıl ikinci mövsüm Avropa kuboku qazanmağı bacarıb.
İngilis futbolçunun son üç mövsümdəki Avropa finalları:
Bu göstərici Sançonun klub karyerasında Avropa arenasındakı sabit çıxışını bir daha nümayiş etdirib.
© Copyright 2026, All Rights Reserved