Ceymi Vardi İtaliya A Seriyasının debütantında!

Premyer Liqa əfsanəsi Ceymi Vardi A Seriyasının debütantı ilə müqavilə imzaladı.
90plus.az xəbər verir ki, “Kremoneze” heyətini təcrübəli hücumçu ilə gücləndirib. A Seriyasının debütantı “Lester Siti” ilə yollarını ayıran Ceymi Vardi ilə rəsmi müqavilə imzalayıb. 38 yaşlı ingilis forvard İtaliya klubuna 1 illik anlaşma əsasında qoşulub.
Müqavilədə əlavə şərt də nəzərdə tutulub – əgər “Kremoneze” mövsümün sonunda A Seriyadan düşməzsə, tərəflərin əməkdaşlığı daha bir il avtomatik olaraq uzadılacaq.
Xatırlatma: “Kremoneze” A Seriyasının ilk iki turunda 6 xal toplayaraq uğurlu start verib.
Mənbə: Fabrizio Romano
© Copyright 2025, All Rights Reserved