ÇL-in püşkatması kompüterlə həyata keçiriləcək!

2024/25 Çempionlar Liqasının püşkatması kompüter - “təyin edilmiş avtomatlaşdırılmış proqram təminatı” vasitəsilə həyata keçiriləcək.
90plus.az xəbər verir ki, püşkatmanın uzun müddət vaxt aparmasının qarşısını almaq üçün avtomatlaşdırılmış proqram hər komanda üçün dörd torbaya təsadüfi olaraq səkkiz rəqib təyin edəcək.
Bu proqram həmçinin hansı matçların evdə/səfərdə oynanacağına qərar verəcək.
Qeyd: Püşkatma cümə axşamı, avqustun 29-da keçiriləcək.
© Copyright 2025, All Rights Reserved