ÇL: PSJ “Barselona”ı uddu

Qonsalo Ramosun vurduğu son dəqiqə qolu sayəsində “Pari Sen Jermen” səfərdə “Barselona”nı məğlub edib.
90plus.az xəbər verir ki, görüş Çempionlar Liqasının favoritləri sayılan iki komanda arasında baş tutub.
“Barselona” hesabı açan tərəf olub – Ferran Torres sol cinahdan Markus Raşfordin əla ötürməsini qola çevirib. İngiltərəli hücumçu son 6 oyunun 5-də qol və ya assistlə yadda qalıb.
Hazırkı çempion PSJ isə bərabərliyi bərpa edib – Nuno Mendeşin sürətli reydindən sonra Senni Mayulu dəqiq zərbə ilə fərqlənib. 19 yaşlı futbolçu komandasını oyuna qaytarıb.
Zədə səbəbindən bir neçə əsas oyunçusundan məhrum olan qonaqlar matçda ən təhlükəli fürsətlərə sahib olub və sonda qələbə qolunu vurmağı bacarıblar. Əşrəf Hakiminin ötürməsini Qonçalo Ramos bir toxunuşla qapıdan keçirib:
Barselona 1-2 PSJ
Torres 19'
Mayulu 38'
Ramos 90'
Qollar:
https://t.me/doxsanplus/108586
https://t.me/doxsanplus/108597
Bu nəticə ilə PSJ 2 oyundan sonra 6 xal toplayıb, “Barselona” isə 3 xalda qalıb.
© Copyright 2025, All Rights Reserved