ÇL: “Qarabağ”ın rəqibi odur

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi bəlli oldu — İrlandiya təmsilçisi ilə duellər yaxınlaşır.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi müəyyənləşib. Ağdam təmsilçisi İrlandiyanın “Şelburn” klubu ilə qarşılaşacaq.
Dublin təmsilçisi turnirin I mərhələsində Şimali İrlandiyanın “Linfild” klubunu mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib. Seriyanın ilk oyununda “Şelburn” evdə minimal hesabla (1:0) qalib gəlib, səfərdə isə 1:1-lik heç-heçə onların yoluna davam etməsinə kifayət edib:
Linfild 1-1 Şelburn
Ümumi hesab: 1-2
Coote 25'
Shields 45+3'
Qeyd: UEFA-nın ən nüfuzlu klub turnirində II təsnifat mərhələsinin ilk oyunları 22-23 iyulda, cavab qarşılaşmaları isə 29-30 iyul tarixlərində keçiriləcək.
© Copyright 2025, All Rights Reserved