Cob Bellingem “Borussiya Dortmund”da! RƏSMİ!

RƏSMİ: Cob Bellingem "Borussiya Dortmund"da!
90plus.az xəbər verir ki, "Borussiya Dortmund" "Sanderlend"dən 19 yaşlı yarımmüdafiəçi Cob Bellingemin transferini rəsmiləşdirib. Transfer məbləği 33 milyon avro (əlavələrlə birlikdə 37 milyon avroya qədər) təşkil edir ki, bu da "Sanderlend" tarixində ən yüksək satışdır.
Cob Dortmund klubu ilə 2030-cu ilin yayına qədər 5 illik müqavilə imzalayıb və 77 nömrəli forma ilə çıxış edəcək. O, bu transferlə klub tarixində Ousman Dembeledən sonra ən bahalı ikinci futbolçu olub.
"Sanderlend"də keçirdiyi iki mövsümdə Bellingem 85 oyunda 11 qol vurub və komandanın Premyer Liqaya yüksəlməsində mühüm rol oynayıb.
Cud Bellingemin "Dortmund"dan "Real Madrid"ə keçidindən sonra Cob da qardaşının izindən gedərək "Dortmund"a qoşulub. O, yaxın günlərdə ABŞ-da keçiriləcək FIFA Klubların Dünya Çempionatında debüt edə bilər və bu turnirdə qardaşı Cudun komandası "Real Madrid" ilə qarşılaşma ehtimalı var.
© Copyright 2025, All Rights Reserved