Cob Bellingem “Dortmund”da xoşbəxt deyil

“Borussiya Dortmund”da Cob Bellingemin gələcəyi sual altındadır.
90plus.az xəbər verir ki, "Borussiya Dortmund”un gənc yarımmüdafiəçisi Cob Bellingemin gələcəyi ilə bağlı şayiələr artır. 20 yaşlı futbolçu bu yay təxminən 30 milyon avroya Almaniya klubuna transfer olunub, lakin hələlik start heyətində sabit yer qazana bilməyib.
Məlumata görə, Bellingemin az oyun təcrübəsi yalnız onun özündə deyil, ailə üzvlərində də narazılıq yaradıb. “Fussballtransfers”in məlumatına görə, əgər yaxın aylarda vəziyyət dəyişməsə, qış transfer pəncərəsində futbolçunun komandadan ayrılması istisna olunmur.
Bununla belə, “Borussiya Dortmund”un cəmi yarım mövsüm sonra gənc ingilislə yolları ayırmağa razı olub-olmayacağı hələlik bəlli deyil.
Qeyd: Bellingem 2025/26 mövsümündə indiyədək Dortmund klubunun heyətində 9 rəsmi oyuna çıxıb (onlardan 3-də start heyətində) və hələ qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb. Onun klubla müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədədir, lakin gənc futbolçunun gələcəyi hazırda hər zamankından daha qeyri-müəyyən görünür.
© Copyright 2025, All Rights Reserved