Çomeni: “Futboldan vacib şeylər var”
Aurelien Çomeni "Real Madrid"in "Benfika" üzərində 2-1 hesablı qələbəsini yalnız futbolu keçən bir hadisə kimi qiymətləndirmədiyini bildirib. Çempionlar Liqasının play-off matçı, ilk oyunda Vinisius Juniora qarşı irqi təhqirlərlə bağlı qalmaqalın kölgəsində keçib.
90plus.az xəbər verir ki,bərabərlik qolunu vuran və matçın ən yaxşısı seçilən Çomeni gərgin mühitdə açıqlama verib.
“Bu mövsüm ən yaxşı oyunumuzu oynamadığımız həqiqətdir. Amma məncə, bu matçdan və futbolun özündən daha vacib şeylər var,” – deyə Çomeni bildirib.
O, nəticəni “irqçiliyə qarşı olan hər kəs üçün qələbə” adlandırıb və Vinisiusun ikinci hissədə vurduğu qola istinad edib. Həmçinin, UEFA-nın "Benfika" oyunçusuna tətbiq etdiyi müvəqqəti cəzanı “ən düzgün qərar” adlandırıb.
© Copyright 2026, All Rights Reserved