Conatan Devid "Yuventus"a keçir – Osimhen də gündəmdə

Yay transfer dövrünün ən çox müzakirə olunan adlarından biri olan kanadalı hücumçu Conatan Devidin gələcək komandası bəlli oldu.
90plus.az xəbər verir ki, uzun müddətdir "Qalatasaray", "Fənərbağça", "İnter" və "Yuventus"la adı hallanan 25 yaşlı futbolçu, nəhayət, İtaliya təmsilçisi "Yuventus"la razılıq əldə edib.
"Sky Sports"un məlumatına görə, Conatan Devid artıq "Yuventus"la 5 illik müqavilə imzalamaq üçün razılıq verib. Futbolçunun cümə günü İtaliyaya gedərək tibbi müayinədən keçəcəyi bildirilib.
Tanınmış transfer jurnalisti Di Marzio isə daha bir maraqlı iddia ilə çıxış edib. Onun sözlərinə görə, "Napoli"nin nigeriyalı hücumçusu Viktor Osimhen də "Yuventus"la anlaşmaq üzrədir. Di Marzio daha öncə Osimhenin "Qalatasaray"a transferi ilə bağlı məlumat vermişdi.
Yeni mövsüm öncəsi heyətini gücləndirməyə çalışan "Yuventus"un həm Devid, həm də Osimhen kimi iki yüksək səviyyəli hücumçunu eyni vaxtda heyətinə qatması İtaliya A Seriyasında güc balansını dəyişə bilər.
© Copyright 2025, All Rights Reserved