Coşqun Diniyev oynadı, komandası 1 xal qazandı

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti matçına çıxıb.
90plus.az xəbər verir ki, Coşqun Diniyevin forma geyindiyi "Çorum" 31-ci turda səfərdə "Pendikspor"la qarşılaşıb.
Görüş 2:2 hesablı bərabərliklə başa çatıb.
Coşqun da bu oyunda iştirak edib. O, matça ehtiyat oyunçular skamyasında başlayıb və ikinci hissənin əvvəlində – 46-cı dəqiqədə meydana daxil olub.
Qeyd: "Çorum" turnir cədvəlində 46 xalla 7-ci pillədə qərarlaşıb. "Pendikspor" isə 41 xalla 14-cü yerdədir.
© Copyright 2025, All Rights Reserved