Coşua 6-cı raundda nokaut etdi – Cek Poul bu dəfə bacarmadı
Bütün dünyanın maraqla izlədiyi boks gecəsində Entoni Coşua ilə Ceyk Pol rinqdə üz-üzə gəldi.
90plus.az xəbər verir ki, Mayami şəhərində keçirilən qarşılaşmada ağır çəki üzrə dünya çempionu Entoni Coşua üstünlüyünü açıq şəkildə ortaya qoyaraq Ceyk Polu 6-cı raundda nokaut etdi və döyüşün qalibi oldu.
İkiqat dünya çempionluğu olan Coşua görüş boyu rinqdə tam dominant təsir bağışladı. Gözləniləndən bir qədər uzun çəksə də, britaniyalı boksçu həlledici zərbəni 6-cı raundda endirərək döyüşə son qoydu.
Qarşılaşmadan sonra açıqlama verən Entoni Coşua rəqibinin mübarizliyini xüsusi qeyd etdi:
“Ceyk Pol bu gecə həqiqətən yaxşı çıxış etdi. Ona haqqını vermək lazımdır, dəfələrlə ayaqda qaldı. Bu mənim ən yaxşı performansım deyildi, döyüş gözləniləndən uzun çəkdi, amma sonda sağ əlim hədəfi tapdı.”
Məğlub tərəf olan Ceyk Pol isə nəticəyə baxmayaraq nikbin danışdı:
“Özümü yaxşı hiss edirəm, çox əyləncəli idi. Bu idmanı sevirəm. Əlimdən gələni etdim. Uduzdum, amma boksun mahiyyəti də budur. Geri qayıdacağam və qazanmağa davam edəcəyəm. Düzünü desəm, yoruldum. Coşua möhtəşəm çıxış etdi və çox sərt zərbələr endirdi.”
Məlumata görə, döyüşün ümumi mükafat fondu təxminən 184 milyon dollar təşkil edib və bu məbləğin iki boksçu arasında bərabər bölüşdürüləcəyi bildirilib. Ceyk Pol sosial şəbəkələrdə mükafatın 267 milyon dollar olduğunu iddia etsə də, təşkilatçılar tərəfindən bu rəqəmlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
© Copyright 2026, All Rights Reserved