Coy Lens Mikelsin cəzası bilindi
Misli Premyer Liqasının 32-ci turundan sonra AFFA İntizam Komitəsi bir neçə kluba və futbolçuya cəza tətbiq edib.
Ən ağır sanksiya Sabah FKın futbolçusu Coy-Lens Mikelsə verilib.
90plus.az xəbər verir ki, almaniyalı hücumçu "Neftçi" ilə matçda rəqib məşqçiyə topu aqressiv şəkildə atdığı üçün birbaşa qırmızı vərəqə görüb. Komitənin qərarına əsasən, futbolçu 2 oyunluq cəzalandırılıb, bunun 1 görüşü şərti hesab olunub. Onun üçün 6 aylıq sınaq müddəti də müəyyən edilib. Bakı təmsilçisi isə 3000 manat cərimələnib.
Həmin qarşılaşmada “Neftçi”nin yarımmüdafiəçisi Emil Səfərov da cəzasız qalmayıb. İkinci sarı vərəqədən sonra meydandan qovulan futbolçu 1 oyunluq diskvalifikasiya olunub, klub isə əlavə olaraq 500 manat ödəyəcək.
Turun digər maliyyə itkisi isə "Turan Tovuz"un payına düşüb. "Şamaxı" ilə oyunda qərb təmsilçisinin 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub.
© Copyright 2026, All Rights Reserved