CR7 - 30 yaşından sonra 500 qola çatdı
Kriştiano Ronaldo – 30 yaşdan sonra 500 qol!
90plus.az xəbər verir ki, portuqaliyalı ulduz növbəti tarixi həddə çatdı. Kriştiano Ronaldo karyerasında 30 yaşını keçdikdən sonra vurduğu qolların sayını 500-ə çatdırdı.
Bu göstərici Səudiyyə Ərəbistanı çempionatında keçirilən “Al Nassr” – “Al Hazm” matçında (4:0) rəsmiləşdi. 39 yaşlı hücumçu qarşılaşmada dubl edərək yubiley qolunu qeyd etdi.
30 yaşdan sonra vurduğu qolların bölgüsü:
Ronaldo ümumilikdə karyerasında 964 qola imza atıb və növbəti böyük hədəfi 1000 qol həddidir.
Futbol tarixinin ən məhsuldar oyunçularından biri olan Ronaldo yaş artdıqca performansının aşağı düşmədiyini bir daha sübut edir. Onun fiziki hazırlığı və peşəkarlığı dünya futbolunda nadir hallarda rast gəlinən səviyyədədir.
1000 qol – artıq uzaq görünmür.
© Copyright 2026, All Rights Reserved