CR7 “Almeriya” klubunun 25 faizini aldı
Kriştiano Ronaldo “Almeriya”nın səhmlərini aldı.
90plus.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo rəsmi olaraq İspaniya təmsilçisi “Unión Deportiva Almería” klubunun 25 faiz səhmlərini əldə edib.
CR7 bu səhər yaydığı açıqlamada bildirib:
“Uzun müddətdir ki, meydandan kənarda da futbola töhfə vermək ambisiyam olub. UD Almeriya güclü təməli və aydın inkişaf potensialı olan İspaniya klubudur. Klubun yeni inkişaf mərhələsində rəhbərliklə birlikdə işləyərək ona dəstək olmaq istəyirəm”.
Hazırda “Almeriya” İspaniya Sequnda Divizionunda üçüncü pillədə qərarlaşıb və La Liqaya yüksəlmək uğrunda mübarizə aparır.
Beləliklə, Ronaldo futbolçu karyerası ilə paralel olaraq klub idarəçiliyində də rəsmi şəkildə fəaliyyətə başlayıb. Onun bu investisiyasının “Almeriya”nın gələcək strategiyasına necə təsir edəcəyi maraqla gözlənilir.
© Copyright 2026, All Rights Reserved