ÇSKA və "Beşiktaş"ın Sabiq hücumçusu karyerasını bitirdi
Braziliyalı hücumçu Vaqner Lav karyerası ilə bağlı yekun qərarını verib.
90pplus.az xəbər verir ki, təcrübəli forvard peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
41 yaşlı futbolçu karyerası ərzində birlikdə çalışdığı hər kəsə təşəkkürünü bildirib.
Vaqner Lav müxtəlif illərdə "Palmeyras", ÇSKA (Moskva), "Flamenqo", "Şandon Luneng", "Korintians", "Monako", "Alanyaspor", "Beşiktaş", "Kayrat", "Midtyullan", "Sport Resife", "Atletiko Qoyaniense" və "Retro" klublarında çıxış edib.
Braziliya millisinin sabiq üzvü yığmanın heyətində 20 rəsmi oyunda meydana çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved