Daha o köhnə paslar olmayacaq, Brüyne Etihadı tərk edir

Kevin De Brüyne "Mançester Siti"yə qoşulanda bir çox rəqib azarkeşlər onu “Çelsidən qovulan” kimi təqdim edirdi.
İndi isə o, Etihadı 18 kubok, 108 qol və 177 assistlə tərk edir.
90plus.az xəbər verir ki, ötən gecə "Mançester Siti"nin "Bornmut" üzərindəki 3-1 hesablı qələbəsi Brüynenin sonuncu oyunu olub.
Kevin De Brüynenin "Mançester Siti" karyerası:
6 dəfə Premyer Liqa çempionu;
5 dəfə İngiltərə Liqa Kuboku qalibi;
2 dəfə İngiltərə Kuboku qalibi;
3 dəfə İngiltərə Superkuboku (Community Shield) qalibi;
1 dəfə UEFA Çempionlar Liqası qalibi;
1 dəfə UEFA Superkuboku qalibi;
1 dəfə FIFA Klublararası Dünya Çempionu;
5 dəfə FIFPRO Dünya XI-nə seçilib;
5 dəfə Premyer Liqanın mövsümün rəmzi komandasına (PFA Team of the Year) düşüb;
3 dəfə UEFA-nın İlin Komandasında yer alıb;
3 dəfə Premyer Liqanın Ən Yaxşı Oyunqurucu (Playmaker) mükafatını qazanıb;
2 dəfə Premyer Liqanın Mövsümün Futbolçusu seçilib;
2 dəfə PFA tərəfindən Mövsümün Oyunçusu seçilib.
Kevin De Brüyne: “10 ildən sonra nəhayət bir az danışmağın zamanı çatdı. Artıq vidalaşma vaxtıdır. Mən qayıdacağam, amma sizi çox sevirik. Tezliklə görüşərik!” (📰: Fabrizio Romano).
Qeyd: “Mançester Siti” Kevin De Brüynenin “Etihad” Stadionunun qarşısında heykəlini ucaldacağını rəsmən təsdiqləyib.
© Copyright 2025, All Rights Reserved