Dambrauskas əsəbiləşdi: “Bu ölkə təkcə ‘Qarabağ’dan ibarət deyil”
Valdas Dambrauskas: “Bu ölkə təkcə ‘Qarabağ’dan ibarət deyil”.
90plus.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 19-cu turunda “Araz-Naxçıvan” üzərində qazanılan 4:1 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında oyunu və çempionluq mübarizəsi ilə bağlı sualları cavablandırıb.
Mütəxəssis ilk olaraq komandasının çıxışını yüksək qiymətləndirib:
“Həqiqətən də, möhtəşəm qələbə idi. Oyunçularım meydanda çox istəkli idilər. Məğlub etdiyimiz ‘Zirə’ və ‘Araz-Naxçıvan’ çox güclü komandadır, heyətlərində keyfiyyətli futbolçular var.”
Dambrauskas çempionluq mübarizəsində əsas rəqib kimi göstərilən “Qarabağ”ın “Neftçi” ilə oyununun təxirə salınması mövzusunda verilən suala isə sərt reaksiya verib:
“İstəməzdim bu suala cavab verəm. Çünki mən ‘Qarabağ’da işləmirəm və onların baş məşqçisi deyiləm. Siz ‘Sabah’ın oyununa gəlmisiniz və ‘Qarabağ’la bağlı sual verirsiniz. Bu, hörmətsizlikdir. Bu ölkə təkcə ‘Qarabağ’dan ibarət deyil. Mən onlara böyük hörmət edirəm, amma təqvimi mən hazırlamıram. Nəyə görə məndən soruşursunuz? Üzr istəyirəm, bu düzgün deyil.”
Litvalı çalışdırıcı komandasının hücum effektivliyinə də toxunub:
“Əlbəttə, istəyərdim ki, daha çox qol vuraq, amma hər oyunda 4 qol vurmaq mümkün deyil. Əvvəllər oyunlarımız 0:0 və ya 1:0 bitəndə soruşurdunuz ki, məhsuldarlıq niyə aşağıdır. Birinci hissəyə baxsaydınız, görərdiniz ki, necə təzyiq edirdik və pressinq tətbiq edirdik.”
Qeyd: "Sabah” bu qələbə ilə Misli Premyer Liqasında çempionluq mübarizəsində mövqeyini daha da möhkəmləndirib:
© Copyright 2026, All Rights Reserved