Dani Karvahal komanda yoldaşlarını vida yeməyinə çağırıb
“The Athletic”in yaydığı məlumata görə, mövsümün sonunda “Real Madrid”dən ayrılacaq kapitan Dani Karvahal əsas komanda üçün vida yeməyi təşkil edib və baş məşqçi Alvaro Arbeloanı dəvət etməyib.
90plus.az xəbər verir ki, bu addım Karvahal ilə müvəqqəti baş məşqçi arasında mövsüm ərzində yaranan ciddi gərginliyi bir daha ortaya qoyub.
Karvahal bu yay uşaqlıq klubundan ayrılmağa hazırlaşır. O, “Real Madrid”də keçirdiyi 23 il ərzində ümumilikdə 27 böyük titul qazanıb.
Lakin madridli futbolçunun klubdakı son dönəmi uğurlu alınmayıb. Arbeloa təcrübəli müdafiəçini tez-tez ehtiyatda saxlayaraq üstünlüyü ingiltərəli futbolçu Trent Aleksander-Arnolda verib.
Daimi oyun praktikasının olmaması Karvahalım İspaniya millisindəki mövqeyinə də mənfi təsir göstərib və o, qarşıdakı Dünya Çempionatı üçün heyətə çağırılmayıb.
Arbeloa seçimlərinin sırf taktiki səbəblərlə bağlı olduğunu bildirsə də, Karvahalın onu vida yeməyinə çağırmaması tərəflər arasındakı münasibətin tamamilə pozulduğunu göstərir.
© Copyright 2026, All Rights Reserved