Dani Karvaxaldan kobud zədələmə
Karvaxal məşqdə “Real Madrid”in gənc oyunçusunu ağır zədələdi.
90plus.az xəbər verir ki, “Real Madrid”in kapitanlarından biri Dani Karvaxal məşq zamanı komandanın akademiya üzvü Valdepenyasa qarşı sərt müdaxilə ilə diqqət mərkəzinə düşüb.
Klubdaxili mənbələrin məlumatına görə, təcrübəli müdafiəçinin kobud müdaxiləsi nəticəsində gənc futbolçu ciddi zədə alıb. Hadisəni izləyənlər epizodu “çox çirkin müdaxilə” kimi xarakterizə ediblər.
Zədə səbəbindən Valdepenyas ən azı bir ay yaşıl meydanlardan kənarda qalacaq. İnsidentin “Osasuna”ya qarşı “El Sadar”da keçirilən La Liqa matçından dərhal əvvəl baş verdiyi bildirilir.
Klubdan məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, hadisə Madrid təmsilçisinin düşərgəsində narazılıq yaradıb. Gənc futbolçunun bərpa prosesinin həkim nəzarətində davam etdiyi qeyd olunur.
© Copyright 2026, All Rights Reserved