Dani Olmonun başı bəladadır

“Barselona”nın ulduz yarımmüdafiəçisi Dani Olmonu qeydiyyata alması La Liqanın sərt 1:1 maliyyə fair-play qaydaları səbəbindən sual altındadır.
90plus.az xəbər verir ki, məhkəmənin həlledici qərarı ərəfəsində katalon klubunun Olmonu yanvardakı qış transfer pəncərəsinədək oynada bilməmək riski var. Bu isə mövsümün gedişini poza və 25 yaşlı ispaniyalını kənarda qoya bilər.
“Barselona” hazırda La Liqanın maliyyə tələblərinə uyğunlaşmaq üçün intensiv işləyir. Qaydalara görə, klub maaş büdcəsini tarazlamalıdır ki, həm yeni, həm də mövcud oyunçuları – Olmo, qapıçı Xoan Qarsiya (uzun müddətə sıradan çıxan Mark-Andre ter Ştegeni əvəzləmək üçün) və iddia edilən hədəf Markus Raşfordu qeydiyyata sala bilsin.
Olmonun vəziyyəti xüsusilə mürəkkəbdir. İspaniyanın İdman üzrə Dövlət Şurası (CSD) tərəfindən 3 aprel 2025-ci ildə çıxarılan müvəqqəti qərar “Barselona”ya yanvarda verilən apellyasiya nəticəsində onu qeydiyyata almağa imkan vermişdi. Bunun sayəsində Olmo həm ötən mövsümün son oyunlarında, həm də cari mövsümün ilk iki La Liqa matçında iştirak edə bilib.
Lakin bu qərar hazırda təhlükə altındadır. Çünki La Liqanın hüquqi şikayəti üzrə qərar Milli Məhkəmənin öhdəsinə qalıb. Həlledici tarix 1 sentyabr 2025-dir — məhz həmin gün məhkəmə ili yenidən başlayır və transfer pəncərəsi bağlanır.
La Liqa 23 aprel tarixində verdiyi ehtiyat tədbirlərini Apellyasiya Məhkəməsinə yönləndirmişdi, çünki İnzibati Məhkəmə işə baxmaq səlahiyyətinə malik olmadığını bildirib. Buna səbəb kimi də İdman üzrə Dövlət Katibi və CSD prezidenti Xose Manuel Rodriges Uribesin işə müdaxiləsi göstərilib.
Məhkəmələrin tətil rejimi səbəbindən avqustun 31-dən əvvəl qərar gözlənilmir və bu, “Barselona”nı qeyri-müəyyənlikdə saxlayır. Əgər katalon klubu 1 sentyabradək 1:1 qaydasına tam əməl edə bilsə, Olmonun hazırkı qeydiyyatını ləğv edib onu standart protokolla yenidən yazdıra bilər. Əks halda iki ağır ssenari mümkündür: