Darvin Nunyes “Əl Hilal”da!

“Əl Hilal” Darvin Nunyesin transferinə çox yaxınlaşır.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi ilə “Liverpul” arasında şifahi razılaşmanın artıq əldə olunduğu bildirilir.
Fabrizio Romanonun məlumatına görə, klublar transfer şərtlərini razılaşdırıblar və indi danışıqlar hücumçunun şəxsi razılaşması üzərində cəmlənib. Transfer hələ rəsmiləşməsə də, yekun qərar artıq Nunyesin özünə məxsusdur.
Tərəflər arasında danışıqlar davam edir və “Əl Hilal” uruqvaylı hücumçunu razı salacağına ümid edir. Klubun baş məşqçisi Simone İnzagi yeni mövsüm öncəsi komandaya güclü bir əlavə olaraq məhz Nunyesi heyətə qatmaqda qərarlıdır.
© Copyright 2025, All Rights Reserved