David Villa "Atletiko Madrid"ə geri döndü
“Atletiko Madrid”in sabiq hücumçusu David Villa yenidən İspaniya nəhənginə qayıdıb. 44 yaşlı keçmiş futbolçu klubun idarə heyətində vəzifə alacaq.
90plus.az xəbər verir ki, karyerasının 2013/2014 mövsümündə “Atletiko Madrid” forması geyinən və həmin mövsüm La Liqa çempionluğu yaşayan David Villa illər sonra yenidən kluba qayıdıb.
44 yaşlı sabiq futbolçu klubun idarə heyətinin üzvü olacaq. Bundan əlavə, Villa “Atletiko Madrid”də audit və nəzarət bölməsində də fəaliyyət göstərəcək.
David Villa vaxtilə “Atletiko Madrid”in heyətində 47 oyuna çıxıb. O, bu matçlarda 15 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved