Dayo Upamekano “Bayern Münhen”də qalır – PSJ-ə pis xəbər
“Bayern Münhen”in müdafiəçisi Dayo Upamekano klubla yeni müqavilə imzalamaq qərarına gəlib.
90plus.az xəbər verir ki, fransalı futbolçu “Bayern Münhen”in təklif etdiyi yeni müqaviləni qəbul edib və onunla maraqlanan klublar – o cümlədən PSJ və “Real Madrid” bu qərardan artıq xəbərdardır.
“Upamekano yeni müqaviləni təsdiqlədi. O, ‘Bayern Münhen’lə qalmaqdan məmnundur. Bu, klub üçün böyük qazancdır və razılaşma həm klubun, həm də oyunçunun ciddi səyləri nəticəsində əldə olunub”, – deyə Romano qeyd edib.
Dayo Upamekano yaxın günlərdə “Bayern Münhen”lə rəsmi müqavilə imzalayacaq. Yeni anlaşma 2030-cu ilin yayına qədər qüvvədə olacaq.
Fransalı müdafiəçinin komandada qalmaq qərarı Münhen təmsilçisi üçün mühüm uğur kimi qiymətləndirilir və klubun müdafiə xəttinin uzunmüddətli sabitliyini təmin edəcək.
© Copyright 2026, All Rights Reserved