DÇ-2026: 1 komanda 26 futbolçu təqdim edə bilər
RƏSMİ: Dünya Çempionatı üçün heyətlər maksimum 26 futbolçu olacaq.
90plus.az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası – FIFA rəsmi olaraq təsdiqləyib ki, milli komandalar Dünya Çempionatı üçün yekun heyətə maksimum 26 futbolçu daxil edə biləcəklər.
Qurumun qərarına əsasən, hər bir ölkənin futbol federasiyası turnir üçün yalnız 26 oyunçudan ibarət siyahı təqdim edə bilər. Milli komandalar yekun heyətlərini mayın 30-na qədər təqdim etməlidirlər.
Qeyd: Növbəti Dünya Çempionatı 2026-cı ildə keçiriləcək. Turnir ilk dəfə tarixdə üç ölkədə – ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Mundial 2026-cı ilin iyun–iyul aylarında baş tutacaq və turnirdə ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək.
Yeni formatda keçiriləcək Dünya Çempionatında komandaların və oyunların sayı artdığı üçün heyət limitinin 26 futbolçu olaraq saxlanılması qərarı verilib. FIFA bu qərarın komandaların turnir ərzində fiziki yüklənməsini və zədələri nəzərə alaraq verildiyini bildirib.
© Copyright 2026, All Rights Reserved