DÇ-2026: Argentina pley-offda! Messidən rekord
Messi dublla Argentinanı pley-offa daşıdı: dünya çempionatında yeni rekord!
90plus.az xəbər verir ki, 2026-cı il dünya çempionatının J qrupunda Argentina növbəti qələbəsini qazanaraq vaxtından əvvəl pley-off mərhələsinə vəsiqəni təmin edib:
Argentina 2 - 0 Avstriya
L. Messi 38’ 90+5’
Qollar:
https://t.me/doxsanplus/117420
https://t.me/doxsanplus/117422
Qarşılaşmanın qəhrəmanı Lionel Messi olub. Argentina millisinin kapitanı 38-ci və 90+5-ci dəqiqələrdə fərqlənərək komandasına qələbə qazandırıb.
Beləliklə, Argentina qrup mərhələsində ikinci qələbəsini əldə edib. Komanda ilk turda Əlcəzairi 3:0 hesabı ilə məğlub etmişdi. Argentina son turda İordaniya ilə qarşılaşacaq.
Messi bu oyunda vurduğu qollarla dünya çempionatları tarixinin ən məhsuldar bombardiri olub. O, mundiallardakı qol sayını 18-ə çatdıraraq yeni rekorda imza atıb.
38 yaşlı ulduz bununla yanaşı, dünya çempionatında dubl edən ən yaşlı futbolçu rekordunu da yeniləyib. Messi həmçinin mundial tarixində ən çox qol töhfəsi, ən çox qələbə, ən çox “Oyunun oyunçusu” mükafatı, ən çox oyun, ən çox dəqiqə və bir sıra digər göstəricilər üzrə də rekordların sahibidir.
Argentina iki oyunda 5 qol vurub, qapısından isə top buraxmayıb və qrup lideri kimi pley-off mərhələsinə yüksəlib.
© Copyright 2026, All Rights Reserved