DÇ-2026: Gecənin qalibləri və məğlubları

DÇ-2026: Danimarka liderliyi geri aldı, Rumıniya ümidini qorudu – Avropada gərgin mübarizə gedir.
90plus.az xəbər verir ki, DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.
C qrupunda Danimarka öz meydanında Yunanıstanı 3:1 hesabı ilə məğlub edərək liderliyini geri alıb.
Danimarka 3 – 1 Yunanıstan
Qollar: Hoylund 21’, Andersen 40’, Damsqor 41’ – Tzolis 63’
Bu qələbə sayəsində danimarkalılar xallarını artıraraq qrupun zirvəsinə yüksəliblər.
Rumıniya son anda ümidini qorudu
Rumıniya millisi Avstriyaya qarşı 90+5-ci dəqiqədə vurduğu qolla ilk iki yer uğrunda mübarizədə şansını saxlayıb.
Rumıniya 1 – 0 Avstriya
Qol: Gitsa 90+5’
Günün sürprizi Farer adalarından
L qrupunda günün ən gözlənilməz nəticəsi qeydə alınıb. Ötən tur Monteneqronu 4:0 hesabı ilə məğlub edən Farer adaları bu dəfə Çexiyanı yenib.
Farer adaları 2 – 1 Çexiya
Qollar: Sörensen 67’, Aqnarsson 81’ – Karabeç 78’
Digər oyunlar:
Xorvatiya 3 – 0 Cəbəllütariq
Qollar: Fruk 30’, Suçiç 78’, Erlik 90+6’
Şotlandiya 2 – 1 Belarus
Qollar: Adams 15’, Maktominey 84’ – Kuçko 90+6’
Litva 0 – 2 Polşa
Qollar: Şimanski 15’, Levandovski 64’
San Marino 0 – 4 Kipr
Qollar: Loyzun 9’, Andreu 59’, Kastanos (pen.) 67’, Kakulis 79’
Qeyd: Azərbaycan millisi sabah meydana çıxacaq. Ayxan Abbasovun komandası səfərdə Ukrayna ilə qarşılaşacaq. Millimiz son oyunda Fransaya 0:3 hesabı ilə uduzmuşdu.
© Copyright 2025, All Rights Reserved