DÇ- 2026: Gecənin udan və uduzanları

DÇ-2026: Avropa zonasında daha 8 oyun keçirilib.
90plus.az xəbər verir ki, klublararası fasilə zamanı keçirilən DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi bu gün 4 qrupda baş tutan 8 qarşılaşma ilə davam edib.
D qrupunda Azərbaycan millisi səfərdə Fransanın qonağı olub və 0:3 hesabı ilə məğlubiyyətlə ayrılıb. “Trikolor”un qollarını Kilian Mbappe, Ardien Rabyo və Floryan Toven vurublar. Qrupun digər görüşündə Ukrayna səfərdə məhsuldar oyunda İslandiyanı 5:3 hesabı ilə üstələyib.
A qrupunda Almaniya öz meydanında Lüksemburqa aman verməyib – 4:0. Komandanın heyətində David Raum, Coşua Kimmix (dubl, biri penaltidən) və Serc Qnabri fərqləniblər. Günün digər matçında Şimali İrlandiya Slovakiyanı 2:0 hesabı ilə məğlub edib.
B qrupunda İsveç doğma meydanda İsveçrəyə uduzub – 0:2. Qonaqlardan Qranit Caka penaltidən, Xose Manzambi isə oyunun son dəqiqələrində fərqlənib. Kosovo ilə Sloveniya arasındakı qarşılaşma isə qolsuz başa çatıb – 0:0.
J qrupunda Qazaxıstan Lixtenşteyni darmadağın edib – 4:0. Meydan sahiblərindən Kenzebek (dubl), Zaynutdinov və Kasim fərqləniblər. Belçika isə gözlənilmədən Şimali Makedoniya ilə qolsuz heç-heçə edib.
📊 Bu günün nəticələri:
A qrupu
🇩🇪 Almaniya 4–0 🇱🇺 Lüksemburq
🇬🇧 Şimali İrlandiya 2–0 🇸🇰 Slovakiya
B qrupu
🇸🇪 İsveç 0–2 🇨🇭 İsveçrə
🇽🇰 Kosovo 0–0 🇸🇮 Sloveniya
D qrupu
🇫🇷 Fransa 3–0 🇦🇿 Azərbaycan
🇮🇸 İslandiya 3–5 🇺🇦 Ukrayna
J qrupu
🇰🇿 Qazaxıstan 4–0 🇱🇮 Lixtenşteyn
🇧🇪 Belçika 0–0 🇲🇰 Şimali Makedoniya
📅 Seçmə mərhələdə növbəti oyunlar gələn həftə keçiriləcək.
© Copyright 2025, All Rights Reserved