DÇ-2026: İranı İraq əvəz edə bilər
İraq İranı əvəz edə bilər – Dünya Çempionatı ilə bağlı iddia!
90plus.az xəbər verir ki, İran millisinin mümkün imtinası halında, onu turnirdə əvəz edə biləcək komanda kimi İraq göstərilir.
Bu barədə “Guardian” nəşri məlumat yayıb. Bildirilir ki, FIFA İran millisinin Dünya Çempionatında iştirakdan imtina edəcəyi halda, onun yerini İraq millisinin tuta biləcəyini nəzərdən keçirir.
Məlumata görə, turnirdə İranın yerini tutacaq komanda iyunun 26-da ABŞ-ın Sietl şəhərində keçirilməsi planlaşdırılan oyunda Misir millisi ilə qarşılaşmalıdır. Həmin matçın “LGBT Qürur Match” kimi planlaşdırıldığı qeyd olunur.
Qeyd: Məsələ ilə bağlı hələlik rəsmi qərar açıqlanmayıb. FIFA-nın yekun qərarı İran millisinin turnirdə iştirakı ilə bağlı vəziyyətə aydınlıq gətirildikdən sonra verilə bilər.
© Copyright 2026, All Rights Reserved