DÇ-2026: Kabo-Verde nağılı davam edir
Kabo-Verde tarix yazmağa davam edir – Uruqvayla məhsuldar heç-heçə!
90plus.az xəbər verir ki, 2026-cı il Dünya Çempionatının H qrupunda keçirilən Uruqvay – Kabo-Verde qarşılaşması sülh ilə başa çatıb.
Matçda hesabı 21-ci dəqiqədə Kevin Pina açıb. Bununla da yarımmüdafiəçi Kabo-Verde millisinin Dünya çempionatları tarixində ilk qolunun müəllifi olub. Onun uzaq məsafədən vurduğu möhtəşəm zərbə futbolsevərlərə əfsanəvi Roberto Karlosun üslubunu xatırladıb.
Uruqvay fasiləyədək geridönüş etməyi bacarıb. Maksi Arauxo 44-cü dəqiqədə hesabı bərabərləşdirib, ilk hissəyə əlavə olunmuş 6-cı dəqiqədə isə Aqustin Kanobbio komandasını önə keçirib.
Lakin Kabo-Verde ikinci hissədə də mübarizədən qopmayıb. 58-ci dəqiqədə meydana daxil olan Helio Varela cəmi 136 saniyə sonra – 61-ci dəqiqədə fərqlənərək hesabı bərabərləşdirib. Bununla o, Kabo-Verde millisinin Dünya çempionatları tarixində ikinci qolunun müəllifi olub.
Uruqvayın ən fəal oyunçularından biri Maksi Arauxo idi. O, görüşü 1 qol və 1 məhsuldar ötürmə ilə başa vursa da, komandası qələbə qazana bilməyib:
Uruqvay 2 - 2 Kabo-Verde
K. Pina 21’
M. Arauxo 44’
A. Kanobbio 45+6’
H. Varela 61’
Qollar: https://t.me/doxsanplus/117408
Bu nəticədən sonra hər iki komanda qrup mərhələsində keçirdiyi ilk iki oyunda da heç-heçə edib. Kabo-Verde isə Dünya çempionatındakı debütündə məğlubiyyətsiz seriyasını davam etdirərək diqqət çəkməkdə davam edir.
© Copyright 2026, All Rights Reserved