DÇ-2026: Niderland darmadağınla uddu

Niderland Finlandiyanı darmadağın edərək liderliyini möhkəmləndirdi 🟠🇳🇱💪🔝
90plus.az xəbər verir ki, Niderland millisi DÇ-2026-nın seçmə mərhələsində inamlı qələbə qazanıb. Ronald Kumanın komandası evdə Finlandiyanı 4:0 hesabı ilə məğlub edib. “Narıncılar” oyuna güclü başlanğıc ediblər: Donyel Malen artıq 8-ci dəqiqədə hesabı açıb, 17-ci dəqiqədə isə kapitan Vircil van Deyk fərqi iki topa çatdırıb.
Memfis Depay ilk yarının sonlarında penaltidən fərqlənərək hesabı 3:0 edib. O, həm də ilk iki qolun ötürmələrini verməklə görüşün ən yaxşı oyunçusu seçilib.
Son nöqtəni isə 84-cü dəqiqədə Kodi Qakpo qoyub – 4:0.
Niderland 4 - 0 Finlandiya
D. Malen 8'
V. van Dijk 17'
M. Depay 38' (P)
C. Gakpo 84'
DÇ-2026, seçmə mərhələ. Avropa zonası
Qollar:
https://t.me/doxsanplus/109039
https://t.me/doxsanplus/109040
https://t.me/doxsanplus/109041
https://t.me/doxsanplus/109045
Bu qələbə sayəsində Niderland yığması 6 oyundan 16 xal toplayaraq qrup liderliyini 6 xallıq fərqlə möhkəmləndirib. Polşa 10 xalla ikinci pillədə qərarlaşıb, Finlandiya isə 7 oyundan sonra 10 xalla üçüncüdür.
Kumanın yetirmələri bu nəticə ilə DÇ-2026-ya vəsiqə yolunda mövqelərini daha da gücləndiriblər və Avropa zonasının ən məhsuldar komandalarından biri kimi çıxışlarını davam etdirirlər.
© Copyright 2025, All Rights Reserved