DÇ-2026: Baumann Noyerin əsas seçim olmasına inciyir
Almaniya millisində qapıçı böhranı: Noyer əsas seçim, Baumann isə ehtiyatda qalır.
90plus.az xəbər verir ki, 2026 FIFA Dünya Kuboku öncəsi Almaniya millisinin qapıçı mövqeyi ətrafında ciddi müzakirələr yaranıb.
Məlumata görə, baş məşqçi Yulian Naqelsmann əsas qapıçı kimi yenidən Manuel Noyeri seçib. Təcrübəli qolkiper son iki ildə milliyə çağırılmasa da, qarşıdan gələn turnirdə əsas “1 nömrə” olacağı bildirilir.
Bu qərarla o, karyerasında artıq beşinci FIFA Dünya Kubokunda iştirak etməyə hazırlaşır.
Digər tərəfdən, seçmə mərhələnin bütün oyunlarında iştirak edən Oliver Baumann ilə bağlı da gözlənilməz dəyişiklik baş verib.
Məlumata görə, Baumann əvvəlcə Dünya Kubokunda əsas heyətdə yer alacağı barədə məlumatlandırılmışdı. Lakin son qərara əsasən, Noyer tam sağlam olduğu halda turnirdə ehtiyat qapıçı kimi çıxış edəcək.
Bu vəziyyətin Oliver Baumann üçün məyusedici olduğu bildirilir.
Almaniya millisində qapıçı seçimi ətrafında yaranan bu qərar turnir öncəsi komanda daxilində ən çox müzakirə olunan mövzulardan biri kimi göstərilir.
Mənbələr: Berger PJ, Plettigoal
© Copyright 2026, All Rights Reserved