DÇ-2026: pley-off finalçıları bilindi
Dünya çempionatı-2026: Pley-off yarımfinal oyunları keçirildi. Finalçılar məlum oldu! Onlardan biri də Türkiyədir.
90plus.az xəbər verir ki, Dünya çempionatı-2026-nın Avropa zonası üzrə pley-off mərhələsində yarımfinal oyunları başa çatıb və finala yüksələn komandalar müəyyənləşib.
Yarımfinal mərhələsində İsveç Ukraynanı 3:1 hesabı ilə məğlub edib. Oyunda Viktor Gyökereş het-trik edib və komandasını qələbəyə daşıyıb. Ukraynanın yeganə qolunu isə Ponomarenko vurub.
İtaliya millisi Şimali İrlandiya üzərində 2:0 hesablı qələbə qazanaraq finala yüksəlib. Komandanın qollarını Sandro Tonali və Moyze Kin vurublar.
Danimarka isə Şimali Makedoniyanı 4:0 hesabı ilə məğlub edərək pley-off finalına vəsiqə qazanıb.
Beləliklə, Avropa zonasında Türkiyə, İsveç, İtaliya, Danimarka, Polşa, Kosova, Bosniya və Herseqovina, Çexiya pley-off finalına yüksəlib.
Ümumilikdə Dünya çempionatı-2026-ya vəsiqə uğrunda 12 komanda mübarizə aparır və 6 vəsiqə sahibini tapacaq. Pley-off final oyunları martın 31-də və aprelin 1-də keçiriləcək.
Pley-off final cütləri:
Bu oyunlardan sonra Dünya çempionatı-2026-nın son 6 iştirakçısı müəyyənləşəcək.
© Copyright 2026, All Rights Reserved