DÇ-2026: Santuş millinin heyətini açıqlayacaq

Fernandu Santuş milli komandanın heyətini açıqlayacaq.
90plus.az xəbər verir ki, Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.
AFFA-nın rəsmi məlumatına görə, tədbir avqustun 29-da, saat 11:00-da qurumun inzibati binasında baş tutacaq.
Portuqaliyalı mütəxəssis toplantıda DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək qarşılaşmalar üçün millinin heyətini elan edəcək.
Azərbaycan yığması sentyabrın 5-də Reykyavikdə İslandiyanın, sentyabrın 9-da isə Bakıda Ukraynanın qonağı olacaq.
© Copyright 2025, All Rights Reserved