DÇ-2026: “Traktor”un qapıçısı Belçikaya aman vermədi
Belçikanı Beyranvand saxladı – İran növbəti xalını qazandı.
90plus.az xəbər verir ki, 2026-cı il Dünya Çempionatının G qrupunda keçirilən Belçika – İran görüşü qolsuz bərabərliklə başa çatıb:
Belçika 0 - 0 İran
Qarşılaşmanın əsas qəhrəmanı İran millisinin qapıçısı Əlirza Beyranvand olub. Təcrübəli qolkiper möhtəşəm performans sərgiləyərək Belçika futbolçularının bütün cəhdlərini boşa çıxarıb və komandasına vacib bir xal qazandırıb.
Hazırda “Traktor” klubunun formasını geyinən 33 yaşlı qapıçı matç ərzində 7 seyv edib. O, bunlardan 4-nü tullanaraq reallaşdırıb, 3 yüksək ötürməni inamla tutub, 1 dəfə topu yumruqla uzaqlaşdırıb və 3 dəqiq əl ötürməsi ilə komandasının hücumlarının başlanğıcında da iştirak edib.
Bu nəticədən sonra İran millisi Dünya Çempionatında ikinci heç-heçəsini edərək xal ehtiyatını artırıb və G qrupunda liderliyini qoruyub. Belçika isə növbəti xal itkisi ilə pley-off yolunda vəziyyətini çətinləşdirib.
© Copyright 2026, All Rights Reserved