DÇ-2026: Türkiyə millisinin oyun təqvimi hazır
2026-cı il dünya çempionatında mübarizə aparacaq Türkiyə millisinin qrup mərhələsindəki rəqibləri və oyun təqvimi müəyyənləşib.
90plus.az xəbər verir ki, D qrupunda yer alan “ay-ulduzlular” ABŞ, Paraqvay və Avstraliya yığmaları ilə qarşılaşacaq. Türkiyə millisi qrupdakı hər üç görüşünü Şimali Amerikanın müxtəlif şəhərlərində keçirəcək.
Komandanın mundialdakı ilk sınağı Avstraliyaya qarşı olacaq. Daha sonra türklər Paraqvay və ev sahibi ABŞ-la üz-üzə gələcəklər.
Türkiyə millisinin qrup mərhələsindəki oyun cədvəli belədir:
14 iyun saat 08:00 Avstraliya – Türkiyə
20 iyun saat 07:00 Türkiyə – Paraqvay
26 iyun saat 06:00 Türkiyə – ABŞ
Qeyd: Qarşılaşmaların başlama saatları Bakı vaxtı ilə göstərilib.
Xatırlatma: ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.
© Copyright 2026, All Rights Reserved