DÇ-2026-ya görə rezerv olunan otellər bronu ləğv edir
DÇ-2026: FIFA Meksiko şəhərində bron etdiyi otellərin 40 faizini ləğv edib.
90plus.az xəbər verir ki, FIFA 2026-cı ildə keçiriləcək dünya çempionatı ilə bağlı Meksiko şəhərində etdiyi otel rezervasiyalarının böyük hissəsini ləğv edib.
Məlumata görə, turnirin startına 100 gündən az vaxt qalmasına baxmayaraq, qurum paytaxtda bir neçə həftə əvvəl bron etdiyi 2000 otağın təxminən 40 faizini ləğv edib.
Meksika Otellər və Motellər Assosiasiyasının nümayəndəsi Alberto Albarran Leyva bildirib ki, bəzi otellərdə FIFA tərəfindən yüzlərlə otaqdan imtina edilib.
Onun sözlərinə görə, “FIFA-nın 200 və ya 180 otağı ləğv etdiyi tam dolu otellər var. Hazırda tədbirə yaxınlaşdıqca rezervasiyalardan daha çox ləğv halları qeydə alınır”.
Buna baxmayaraq, dünya çempionatının yaxınlaşmasına rəğmən, Meksiko şəhərində otellərin doluluq səviyyəsi hələ də aşağıdır. Bildirilir ki, şəhərdə mövcud olan 63 min otağın cəmi üçdə biri hazırda tutulub.
Qeyd: 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. Meksiko şəhəri turnirin əsas oyun məkanlarından biri olacaq. Məlumatı MCH Association yayıb.
© Copyright 2026, All Rights Reserved