DÇ/2026: Su qabı ilə girmək olmaz
FİFA 2026-cı il dünya çempionatından əvvəl stadionlara giriş qaydalarında mühüm dəyişiklik edib. Yeni qərara əsasən, azarkeşlərin arenalara boş və ya təkrar istifadə olunan su butulkaları ilə daxil olması qadağan olunub.
90plus.az xəbər verir ki, qurumun açıqlamasına görə, yenilənmiş davranış qaydaları təhlükəsizlik risklərinin azaldılmasına yönəlib. Xüsusilə butulkaların tribunaya və ya oyun meydanına atılması ehtimalı əsas narahatlıq kimi göstərilir.
FİFA-nın qərarı ilə əvvəlki qayda ləğv edilib. Daha öncə 1 litrə qədər boş plastik butulkaya icazə verilsə də, indi bu imkan tam aradan qaldırılıb.
Yeni sistemə əsasən:
Qərar xüsusilə isti iqlim şəraitində keçiriləcək oyunlar öncəsi müzakirələrə səbəb olub. Azarkeşlər həm əlavə xərclərdən, həm də rahatlığın azalmasından narahatlıq ifadə edirlər.
Qeyd: 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə ABŞ, Kanada və Meksikada keçiriləcək.
© Copyright 2026, All Rights Reserved