De Bruyne futboldan gedəcəyi tarixi açıqladı
İtaliya A Seriyası təmsilçisi "Napoli"də çıxış edən Kevin De Bruyne karyerası ilə bağlı açıqlama verib.
90plus.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi yaxın zamanda futbolu tərk etməyi düşünmədiyini bildirib. O, La Gazzetta dello Sport nəşrinə verdiyi müsahibədə daha bir neçə il yüksək səviyyədə oynamaq istədiyini vurğulayıb.
Belçikalı futbolçu açıqlamasında bildirib: “Bilmirəm, hazırda bunu düşünmürəm. Mən elə bir insan deyiləm. Hələ müqaviləm var və "Napoli"də həqiqətən xoşbəxtəm. Hazırın dadını çıxarmağa çalışıram. Düşünürəm ki, daha bir neçə il oynaya bilərəm, sonra bədənim dayanmağı deyəndə dayanacağam. Amma indi özümü yaxşı hiss edirəm”.
Kevin De Bruyne əlavə edib ki, futbolu bitirdikdən sonra ilk növbədə ailəsinə vaxt ayırmaq niyyətindədir: “Nə vaxt dayandıracağımı həqiqətən bilmirəm. Futbolu buraxdıqdan sonra əvvəlcə heç nə etməyəcəyəm, çünki ailəmlə vaxt keçirmək istəyirəm. Amma yaxın gələcəkdə yalnız futbol oynamağa davam etmək və mümkün olan ən yüksək səviyyədə qalmaq üçün əlimdən gələni etmək istəyirəm”.
Qeyd: "Mançester Siti" ilə müqaviləsi başa çatdıqdan sonra bu mövsüm "Napoli"yə transfer olunan futbolçu zədələr səbəbindən uzun müddət meydanlardan uzaq qalıb. O, Neapol təmsilçisinin heyətində 14 oyunda iştirak edib, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved